EN

Ürfan Abbasov: Oyuna yaxşı hazırlaşmışıq

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bizi sabah çətin" oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Ürfan Abbasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Aris"lə keçiriləcək ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibi hərtərəfli təhlil etdiklərini bildirib: "Oyuna yaxşı hazırlaşmışıq. Rəqibin təhlil etmişik, məşqçi heyəti onların zəif və güclü tərəfləri haqqında bizi məlumatlandırıb. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdəm gələni edəcəyik. Türkiyədə yüksək səviyyədə təlim-məşq toplanışı keçmişik. Heyətdə yeni futbolçularımız var. Onların komandaya fayda verəcəyini düşünürəm".

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş sabah Bakıda, cavab matçı isə 1 həftə sonra Yunanıstanda keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
1
icma.az

2Sources