EN

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb - Yenilənib

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə SabirabadSaatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada – 1957-ci il təvəllüdlü Bəylik kənd sakini Əliyeva Rahilə Babaş qızı “VAZ 2107” markalı, 40-BF-564 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.

Qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə SabirabadSaatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadın piyadanı vurub.

Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
55
5
poliqon.info

10Sources