Ajans.az xəbər verir ki, hadisə Sabirabad–Saatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada – 1957-ci il təvəllüdlü Bəylik kənd sakini Əliyeva Rahilə Babaş qızı “VAZ 2107” markalı, 40-BF-564 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.
Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.