"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.
Far.Az xəbər verir ki, Dublindəki "Tolka Park" arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.
***23:02
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" "Şelburn"la matçda hesabı açıb.
Far.Az xəbər verir ki, Ağdam klubunun heyətində Leandro Andrade 12-ci dəqiqədə fərqlənib - 1:0.
***22:45
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" matçı start götürüb.
Far.Az xəbər verir ki, qarşılaşma Dublindəki "Tolka Park" stadionunda keçirilir.
Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.