"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.
News24.az xəbər verir ki, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.
Komandanın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti raunda adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xeyrənsə Piriyeva