EN

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək

BAKI, 24 iyul. TELEQRAF

Budapeşt Ukraynaya silah tədarük etməyib və etməyəcək, Macarıstan bu münaqişəyə cəlb olunmaq istəmir.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto TASS-a müsahibəsində bildirib.

"Macarıstan heç vaxt Ukraynaya silah tədarük etməyən bir ölkədir və biz gələcəkdə də Ukraynaya silah tədarük etməyəcəyik. Hökumətimiz hakimiyyətdə olduğu müddətdə, bizim məqsədimiz Macarıstanın bu müharibədən kənarda qalması və ona cəlb olunmamasıdır", - o bildirib.

Siyarto qeyd edib ki, Macarıstan "Kiyevə silah tədarükü üçün heç bir maliyyə resursu ayırmayacaq" və NATO üzvü olan ölkələrin Ukraynaya göstərdiyi yardımda iştirak etmir.

Chosen
115
teleqraf.com

1Sources