"Neftçi" basketbol komandasının yeni baş məşqçisi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ı 2025-26 mövsümündə Vitali Stepanovski çalışdıracaq. Ukraynalı mütəxəssis əvvəllər  “Ximik” (Ukrayna), “Craiova” (Rumıniya) komandalarının və Ukrayna millisinin baş məşqçisi olub. O, son olaraq Estoniyanın “Parnu” klubunu çalışdırıb.

Qeyd edək ki, Vitali Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq. D.Çivçivadze ötən mövsüm "Neftçi"yə məşqçilik edib.