AZ

"Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub

Bakı, 24 iyul, AZƏRTAC

Vitali Stepanovski "Neftçi" basketbol komandasının yeni baş məşqçisi təyin olunub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Craiova” (Rumıniya) komandalarının və Ukrayna millisinin baş məşqçisi olub.

Onun sonuncu iş yeri isə Estoniya təmsilçisi “Parnu” olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, Vitali Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.

 

 

 

Seçilən
63
3
azertag.az

4Mənbələr