EN

Vitali Stepanovski - “Neftçi”nin yeni baş məşqçisi

Ukraynalı basketbol mütəxəssisi Vitali Stepanovski Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Neftçi”nin baş məşqçisi təyin edilib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, komanda Stepanovskiyə tapşırılıb. Ukraynalı məşqçinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaqlar.

Xatırladaq ki, Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarını və ölkəsinin millisini çalışdırıb. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.

“Neftçi”yə ötən mövsüm Daviti Çivçivadze rəhbərlik edirdi.

Chosen
84
8
arena.az

8Sources