EN

Bu ölkə Suriyaya 6 milyard dollar investisiya qoyacaq

Dəməşqdə keçirilən Suriya-Səudiyyə Ərəbistanı İnvestisiya Forumu çərçivəsində anlaşma memorandumu imzalanıb.

 

Sfera.az “Al- Arabiyya” qəzetinə istinadən xəbər verir ki, dəyəri 6 milyard dollardan çox olan 47 razılaşma Suriyada dövlət və özəl sektorların inkişafını nəzərdə tutur.

 

Sənədlər kibertəhlükəsizlik, aviasiya və telekommunikasiya sahələrini də əhatə edir.

 

Suriyanın informasiya naziri Həmzə əl-Mustafa imzalanan sənədlərin Suriyada 50 000 birbaşa və 150 000 dolayı iş imkanlarının yaranmasına səbəb olacağını bildirib.

 

Forumda Səudiyyə Ərəbistanından təxminən 150 investor iştirak edib.

 

Firuzə Əliyeva
Sfera.az 

Chosen
40
3
sfera.az

4Sources