EN

Azərbaycan sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb...

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Poliqon-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. İyul ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq İslam Respublikası vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Poliqon.info

Chosen
28
24
poliqon.info

10Sources