AZ

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, iyul ayının 22-də DSX Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı Savfan Məhəmməd Əsəd saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

whatsapp

 

Seçilən
127
24
poliqon.az

10Mənbələr