Goranboy şəhər sakini anasını və nənəsini qətlə yetirməkdə şübhəli bilinir.
Moderator.az "Report"a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Lalə Saleh qızı İsmayılova və onun anası, 1948-ci il təvəllüdlü Tamella Dilənçi qızı İsmayılova bıçaqlanaraq öldürülüblər.
Onların meyitləri tibbi ekspertizaya aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.