Demokrat.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq.
Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparacaq cüdoçularımızdan Balabəy Ağayev yarışa 1/8 final mərhələsindən qoşulacaq. O, Konstantin Simeonidis (BƏƏ) - Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə gücünü sınayacaq.
Turan Bayramov da (60 kq) 1/8 final mərhələsində Sumiyabazar Enxtayvan (Monqolustan) - Yuantao Van (Çin) cütünün qalibi ilə görüşəcək.
4Sources