AZ

Üç cüdoçumuz mübarizəyə start verir

Yazını böyüt
Yazını kiçilt

Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinə start verilib.

Hafta.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq. Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparacaq cüdoçularımızdan Balabəy Ağayev yarışa 1/8 final mərhələsindən qoşulacaq. O, Konstantin Simeonidis (BƏƏ) - Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə gücünü sınayacaq.

Turan Bayramov da (60 kq) 1/8 final mərhələsində Sumiyabazar Enxtayvan (Monqolustan) - Yuantao Van (Çin) cütünün qalibi ilə görüşəcək.

66 kq çəki dərəcəsində çıxış edəcək Elşən Əsədov isə 1/16 final mərhələsində Cantsandorj Unurbat (Monqolustan) ilə yarışacaq.

Seçilən
77
1
hafta.az

4Mənbələr