EN

Deputat dəhşətli qəzada həlak oldu

Ukrayna Ali Radasının deputatı Yaroslav Ruşin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də baş verib.

 

Məlumata görə, motosikletin sükanı arxasında olan Yaroslav Ruşin idarəetməni itirib və qəza nəticəsində həyatını itirib.

 

Qeyd edək ki, deputat seçilməzdən əvvəl mərhum Ukrayna şou-biznesinin tanınmış nümayəndələrindən biri olub. O, bir müddət “Okean Elzı” qrupunun və ukraynalı müğənni Ruslananın prodüseri kimi fəaliyyət göstərib.

Tarix: 25 İyul 2025, 10:11   
Chosen
19
12
pravda.az

10Sources