AZ

Depuat yol qəzasında həlak olub

Ukrayna Ali Radasının deputatı Yaroslav Ruşin yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

News365.az xəbər verir ki, bu barədə “Insider.ua” məlumat yayıb.

    Hadisə iyulun 24-də baş verib.

    Məlumata görə, motosikletin sükanı arxasında olan Yaroslav Ruşin idarəetməni itirib və qəza nəticəsində həyatını itirib.

    Qeyd edək ki, deputat seçilməzdən əvvəl mərhum Ukrayna şou-biznesinin tanınmış nümayəndələrindən biri olub. O, bir müddət “Okean Elzı” qrupunun və ukraynalı müğənni Ruslananın prodüseri kimi fəaliyyət göstərib.

    Seçilən
    84
    12
    news365.az

    10Mənbələr