Bakı, 25 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək, onların müraciətlərini dinləyəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq.