Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qusarda vətəndaş qəbulu keçirəcək.
“İki sahil” xəbər verir ki, Komitədən verilən məlumata görə, qəbulda Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Komitə sədrinin qəbulu avqustun 1-i, saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.