EN

Bank sektoru bu il 13%-ə yaxın böyüyüb

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 12,7% artaraq 56,73 milyard manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bankların aktivlərinin 26,78 milyard manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 11,7 % böyüyüb, kreditlərin aktivlərdəki çəkisi isə 47,6 %-dən 47,2 %-ə enib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri isə 49,79 milyard manata çatıb ki, bu da 12,9 % çoxdur. Həmçinin, depozit portfeli 6,2 % artaraq 37,35 milyard manata çatıb. Əmanət portfelinin 15,6 milyard manatı fiziki, 22,29 milyard manatı isə hüquqi şəxslərə aiddir. Müvafiq olaraq bu portfellərdə 8,5% və 4,6% artım qeydə alınıb.

Sektorun balans kapitalı isə 11,3 % artaraq 6,95 milyard manata çatıb.

Chosen
44
2
apa.az

3Sources