EN

Məmməd İsmayılın SƏHHƏTİ NECƏDİR? Qızı AÇIQLADI

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Atamın vəziyyəti normaldır. Evdə müalicəsi davam edir".

Bu sözləri Bakıvaxtı.az-a şair Məmməd İsmayılın qızı İntizar İsmayıl deyib.

Qızının sözlərinə görə, Məmməd İsmayıl həkim nəzarəti altındadır.

"Havalar isti keçdiyindən bu, onda narahatlıq, halsızlıq yaradır. Amma şükür ki, ümumi vəziyyəti normaldır. Həkim nəzarəti ilə sistem olunur, dərman qəbul edir",- deyə İntizar İsmayıl bildirib.

Qeyd edək ki, Məmməd İsmayıl keçən ayın 30-da xəstəxanaya yerləşdirilib və həkimlər onun bədənində infeksiya aşkar ediblər. Şair bu səbəbdən bir neçə gün ərzində həkim nəzarəti altında saxlanılıb.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
80
1
bakivaxti.az

2Sources