EN

Lənkəranda meşə zolağında yanğın olub

Lənkəranda meşə zolağında yanğın baş verib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus ərazidə qeydə alınıb.

Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

​​​​​​"Cebheinfo.az"

Chosen
14
10
cebheinfo.az

10Sources