EN

Heydər Əliyev prospektində yenə qəza; Qadın xəsarət aldı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtda hər gün hadisələr baş verən prospektdə yenə qəza hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektin Nizami rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, saat 19:20 radələrində iki avtomobil toqquşub. Şahidlərin bildirdiyinə görə, hadisə 50-XR-005 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobil 77-KS-482 nömrəli “Toyota Prius” markalı digər minik maşını arasında baş verib. Hadisə zamanı bir nəfər qadın xəsarət alıb. Naməlum səbəbdən yaranan toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
avtosfer.az

1Sources