EN

Ermənistanda 102-ci Rusiya hərbi bazasının hərbçisi ÖLÜ TAPILDI

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında xidmət edən 25 yaşlı müqaviləli hərbçi Konstantin Antonenko ölü tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb. Onun meyiti iyulun 24-nə keçən gecə Gümrüdəki zavod yataqxanasının ərazisində aşkarlanıb. Rusiya hərbçisinin hansı şəraitdə həlak olduğu dəqiq bilinmir. Erməni KİV-lərinin məlumatına görə, Antonenkonun qollarında kəsik izləri olub.

Hadisə ilə bağlı Ermənistanın istintaq orqanları Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə iş açıb. Meyitin tibbi ekspertizası təyin edilib. Erməni hüquq-mühafizə orqanları və Rusiya hərbi bazasının rəhbərliyi isə məsələ ilə bağlı jurnalistlərə hər hansı açıqlama verməkdən imtina edir.

Natiq Səlim,
KONKRET.az

Chosen
46
1
konkret.az

2Sources