EN

Azərbaycan paralimpiyaçıları İstanbulda daha 4 medal qazanıblar

Bakı. Trend:

Azərbaycanın milli paralimpiya komandası Türkiyənin İstanbulşəhərində keçirilən Avropa Gənclər Paralimpiya Oyunlarında dahadörd medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, ikinci yarışgünündə mübarizəyə qoşulan parataekvondoçularımızın hər üçü fəxrikürsüyə yüksəlib.

Bayraqdar Sabir Zeynalov (K44, 58 kiloqram) mübarizəyəyarımfinaldan start verib. İdmançı yarımfinalda komanda yoldaşıAyxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızılmedal qazanıb.

Ayxan Nuriyev isə bürünc medala yiyəlınib.

16 yaşlı parataekvondoçu Səmayə Həsənova da (K44, 47 kq)mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəlirəqiblərini məğlub edən idmançı iştirak etdiyi ilk beynəlxalqturnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17 yaşlı paracüdoçu Ömər Qurbanov 1/4 finalda məğlub olsa da,ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı vəmoldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isətürkiyəli idmançını məğlub edərək Avropa Gənclər ParalimpiyaOyunlarının bürünc medalını qazanıb.

Chosen
31
22
az.trend.az

10Sources