EN

İŞİD lideri və iki oğlu öldürülüb

ABŞ qüvvələri Suriyanın şimalında keçirdiyi reyd zamanı İŞİD-in liderlərindən birini öldürüb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, əməliyyat Suriyanın şimalındakı Əl-Bab şəhəri ərazisində həyata keçirilib. Qeyd olunur ki, reyd zamanı “İŞİD-in yüksək rütbəli lideri”, həmçinin qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb.

Qeyd olunub ki, onların hər üçü ABŞ, koalisiya qüvvələri və Suriyanın yeni hökuməti üçün təhlükə yaradırdı.

CENTCOM-un komandiri Maykl Kurilla açıqlamasında deyib: “Biz harada fəaliyyət göstərmələrindən asılı olmayaraq, İŞİD terrorçularını amansızlıqla təqib etməyə davam edəcəyik".

Chosen
97
9
operativmedia.az

10Sources