EN

Suriyada İŞİD lideri və iki oğlu ÖLDÜRÜLDÜ

Ajans.az xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Məlumata görə, əməliyyat Suriyanın şimalındakı Əl-Bab şəhəri ərazisində həyata keçirilib. Qeyd olunur ki, reyd zamanı “İŞİD-in yüksək rütbəli lideri”, həmçinin qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb. Qeyd olunub ki, onların hər üçü ABŞ, koalisiya qüvvələri və Suriyanın yeni hökuməti üçün təhlükə yaradırdı.

CENTCOM-un komandiri Maykl Kurilla açıqlamasında deyib: “Biz harada fəaliyyət göstərmələrindən asılı olmayaraq, İŞİD terrorçularını amansızlıqla təqib etməyə davam edəcəyik".

Chosen
111
9
Ajans.az

10Sources