EN

Helsinkidə Azərbaycanda Konstitusiya və Suverenlik ili münasibətilə tədbiri keçirilib

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin rəhbəri və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə yüzlərlə izləyici – fin ictimaiyyəti, turistlər, eləcə də Norveç, Latviya və Finlandiyanın müxtəlif şəhərlərindən gəlmiş qonaqlar iştirak ediblər. Tədbirə Türkiyənin Finlandiyadakı səfirliyinin əməkdaşları da qatılıblar. Qonaqlar arasında Türkiyənin Finlandiyadakı səfiri Dəniz Çakar və Türk Hava Yollarının Finlandiya üzrə rəhbəri Utku Yazan da yer alıb.

Təşkilatçı Ülviyyə Cabbarova iştirakçıları salamlayaraq Azərbaycan Konstitusiyası və ölkənin suverenlik tarixi haqqında danışıb, “Azərbaycan Evi”nin fəaliyyəti barədə məlumat verib. Tədbirin bədii hissəsi Azərbaycanın milli-mədəni ənənələrini əks etdirən xoreoqrafik kompozisiya ilə açılıb. Finlandiyada yaşayan Sevil Rannel səhnədə milli üslubda rəqs ifası ilə izləyicilərin xüsusi marağına səbəb olub. Musiqi proqramında istedadlı vokal ifaçısı Orxan Cəlilovun ifasında Azərbaycan klassik və müasir musiqi parçaları səsləndirilib.

Tədbirin digər yaddaqalan çıxışlarından biri isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, peşəkar pianoçu Aydan Vəzirovanın fortepianoda Azərbaycan musiqi parçalarını ifa etməsi olub.

“Voices of the Land of Fire” tədbiri Azərbaycanla Avropa xalqları arasında mədəniyyət və dostluq körpülərinin qurulmasına, ölkəmizin zəngin mədəniyyətinin daha geniş coğrafiyada tanıdılmasına xidmət edən mühüm platformaya çevrilib. AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
3
azvision.az

4Sources