EN

Ukrayna dronları Rusiyanın “Siqnal” müdafiə zavodunu vurdu

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Stavropol vilayətində yerləşən “Siqnal” müdafiə-sənaye zavoduna zərbə endirib.

KONKRET.az xəbər verir ki, ilkin məlumatlara görə, dronlar birbaşa zavodun ərazisinə düşüb.

“Siqnal” radiotexnika zavodu Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur. Zavod döyüş aviasiyası, hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri üçün xüsusi təyinatlı radioelektron avadanlıqların hazırlanması və istehsalı ilə ixtisaslaşıb.

Qeyd edək ki, bu zavod Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və bir sıra digər dövlətlərin sanksiyaları altındadır. Səbəb isə müəssisənin istehsal etdiyi məhsulların Rusiya ordusu tərəfindən Ukraynaya qarşı müharibədə birbaşa istifadə olunmasıdır.

Natiq Səlim,
KONKRET.az

Chosen
55
1
konkret.az

2Sources