EN

Qazaxda əməliyyat: qadın saxlanıldı

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sitat.info-ya verilən məlumata görə, tədbir zamanı S.Qurbanova saxlanılıb.

Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Chosen
60
26
sitat.info

10Sources