Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sitat.info-ya verilən məlumata görə, tədbir zamanı S.Qurbanova saxlanılıb.
Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.