Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Balıkesir şəhərindən olan bələdiyyə məclis üzvü Mehmet Anıl Yükselə silahlı hücum olub.
KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, o, hadisə nəticəsində ölüb.
Hücumun təfərrüatları və səbəbi məlum deyil. Yükselə atəş açan şəxs və ya şəxslərin qaçdığı bildirilir. Polis araşdırma aparır.