Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
Bugünlərdə «Kəpəz»dən ayrılan Elmir Tağıyev karyerasını ölkə xaricində davam etdirəcək.
Mingəçevirdən olan yarımmüdafiəçi Gürcüstandan gələn təklifi qəbul edib.
2000-ci il təvəllüdlü orta sahə oyunçusu yüksək liqada mübarizə aparan klublardan biriylə 1 illikmüqavilə imzalayacaq.
O, bu səbəbdən Premyer Liqanın bəzi təmsilçilərindən aldığı dəvətləri geri çevirib.
SPORTİNFO.AZ