EN

Azərbaycanlı futbolçu ölkə xaricindən gələn təklifi qəbul etdi

Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.

Bugünlərdə «Kəpəz»dən ayrılan Elmir Tağıyev karyerasını ölkə xaricində davam etdirəcək.

Mingəçevirdən olan yarımmüdafiəçi Gürcüstandan gələn təklifi qəbul edib.

2000-ci il təvəllüdlü orta sahə oyunçusu yüksək liqada mübarizə aparan klublardan biriylə 1 illikmüqavilə imzalayacaq.

O, bu səbəbdən Premyer Liqanın bəzi təmsilçilərindən aldığı dəvətləri geri çevirib.

SPORTİNFO.AZ

Chosen
84
2
sportinfo.az

10Sources