AZ

Azərbaycan klubuna bu qiyməti verdilər - 10-120 manat

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk” və “Zirə” komandaları arasında Splitdə keçiriləcək cavab oyununa (ilk oyun – 1:1) biletlər bu gün satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 5-60 avro (təxminən 10-120 manat) arasında dəyişir.

“Hayduk” – “Zirə” matçı iyulun 31-də Polyud stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bakıda keçirilmiş ilk matç 1:1 hesabı ilə yekunlaşıb.

Seçilən
13
37
sportinfo.az

10Mənbələr