Bakı. Trend:
Tailandla davam edən münaqişə nəticəsində Kambocada 12 nəfərhəyatını itirib. Qurbanların 7-si mülki şəxs, 5-i hərbçidir.
Trend xəbər verirki, bu barədə “Al-Jazeera” telekanalı kambocalı rəsmilərə istinadənməlumat yayıb.
Məlumata görə, ən azı 50 kambocalı mülki şəxs və 20-dən çoxhərbçi xəsarət alıb. Eskalasiyalar nəticəsində hər iki ölkədənümumi itki sayı 32 nəfərə çatıb.
Tailand isə son iki gün davam edən döyüşlər nəticəsində 13 mülkivətəndaşın, o cümlədən uşaqların və altı hərbçinin həlak olduğunuaçıqlayıb. Kamboca hücumları nəticəsində əlavə olaraq 29 tailandlıhərbçi və 30 mülki şəxs də yaralanıb.
Kambocanın “The Khmer Times” qəzeti, Preah Vihear vilayətindəkiyerli rəsmilərə istinadla ölkənin şimal sərhədindən, Tailandlasərhəd bölgəsindən təxminən 20.000 sakinin təxliyə edildiyinibildirib.
Tailand rəsmilərinin məlumatına görə, Tailandın sərhədbölgələrindən 138.000-dən çox insan təxliyə olunub və təxminən 300təxliyə mərkəzi yaradılıb. Tailand Kamboca ilə sərhəddə yerləşənsəkkiz rayonda hərbi vəziyyət elan edib.
Xatırladaq ki, onilliklərdir davam edən münaqişə Tailand vəKamboca sərhədinin mübahisəli hissəsi ətrafında cərəyan edənqarşıdurma iyulun 24-də yenidən alovlanıb. Belə ki, sərhəd boyuncabaş verən mina partlayışı nəticəsində beş tailandlı əsgəryaralanıb.