EN

Türkiyə Ordusunun 2 əsgəri qızdırmadan öldü

Ötən gün Türkiyə Ordusunda iki hərbçi yüksək qızdırmadan vəfat edib.

Ölkə.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda nazirlik onların şəhid olduğunu bəyan edib.

Qeyd olunub ki, orduda 7 É™sgÉ™r yüksÉ™k hÉ™rarÉ™t sÉ™bÉ™bindÉ™n xÉ™stÉ™xanaya yerləşdirilib. Lakin onlardan ikisi - Hayrullah Halit Karaman vÉ™ Semih ErdoÄŸan ÅŸÉ™hid olub.

Onların ölüm səbəblərinin həddindən artıq maye itkisindən (dehidratasiya) qaynaqlanan və qandakı natrium səviyyəsinin səbəb olduğu orqan çatışmazlığı olduğu müəyyən edilib.

Qeyd olunub ki, xəstəxanada müalicəsi davam edən digər 5 əsgərin vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma başladılıb.

Chosen
17
7
olke.az

8Sources