EN

Prezidentin köməkçisi: Qarabağdan erməniləri biz çıxarmamışıq

“Birincisi, Qarabağdan erməniləri biz çıxarmamışıq. Getmək qərarı onların özü tərəfindən verilib. İkincisi, Azərbaycan kifayət qədər kompleks bir reinteqrasiya planı hazırlayıb, lakin ermənilər bu plandan imtina edib”.

Yenisabah.az “Berliner Zeitung”a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O əlavə edib: “Bu plan nə deməkdir? Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan vətəndaşları ilə loyal şəraitdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində yaşamaq. Bu, istənilən bir dövlət üçün tamamilə normaldır. Azərbaycan öz ərazilərinin ziqzaqvari formada dəyişdirilməsi ilə heç vaxt barışa bilməz. Bu məsələ qapadılıb. Azərbaycan vətəndaşı qismində yaşamaq istəyənlər üçün isə müvafiq prosedurlar mövcuddur”. pizza sifarişi

Prezident köməkçisi Qarabağ ermənilərinin bu ərazini tərk etməsinin “etnik təmizləmə” kimi qələmə verilməsi ilə razılaşmadığını diqqətə çatdırıb:

“Qarabağ ermənilərinin bu ərazini könüllü şəkildə tərk etməsini etnik təmizləmə adlandırmaq olmaz. Lakin əgər biz qayıdış hüququndan danışırıqsa, o zaman onilliklər boyunca Ermənistan ərazisində yaşayan və oradan zorla çıxarılan azərbaycanlılardan da bəhs etməliyik. Qayıdış hüququ II Dünya müharibəsindən sonra məsələn, elə Almaniyanın özündə geniş şəkildə müzakirə olunan mövzudur. Bu, insan hüquqlarından biridir və Ermənistandan qovulan 250 min nəfər azərbaycanlıya münasibətdə də tətbiq edilməlidir. Sözsüz ki, onların da qayıtmaq hüququ var, lakin İrəvan bu barədə danışmaqdan imtina edir”.


Telegram kanalımız
Chosen
57
10
yenisabah.az

10Sources