EN

Şuşada yanğın zamanı mina partlayışları baş verib

Şuşada
Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib. 1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.
Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.

Chosen
64
14
1news.az

10Sources