EN

İncə nəcisin həyati təhlükəsi olan bir xəstəliyin əlaməti olduğu üzə çıxdı

Braziliyalı müğənni Preta Jill gündəlik həyatda adi görünə biləcək bir simptomun – nazik nəcis formasının – ağır xəstəliyin xəbərçisi olduğunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, "Terra" nəşrinin xəbərinə görə, sənətçi bu əlamətdən sonra həkimə müraciət edib və müayinələr nəticəsində ona bağırsaq (kolon) xərçəngi diaqnozu qoyulub.

Müğənni bu barədə verdiyi müsahibədə bildirib ki, əvvəllər diqqət etmədiyi bu dəyişiklik onun həyatını dəyişib. Təəssüf ki, Preta Jill ağır xəstəliklə mübarizədən qalib ayrıla bilməyib.

Onkoloq Luiza Dib izah edir ki, nazik və lentə bənzər nəcis forması adətən bağırsaq xərçənginin gec mərhələlərində müşahidə olunur. Bu, şişin bağırsaq keçidini daraltması ilə əlaqədardır və nəcisin sərbəst hərəkətinə maneə yaradır. Mütəxəssis həmçinin əlavə edir ki, bu tip xəstəliklərdə qarın ağrısı, qanlı nəcis, çəki itkisi, qəbizlik və ishal kimi əlamətlər də müşahidə oluna bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bağırsaq vərdişlərində baş verən istənilən dəyişiklik – xüsusən uzun müddətli və davamlı olarsa – diqqətdən kənarda qalmamalıdır. Erkən diaqnoz həyat qurtara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Chosen
23
e-saglam.az

1Sources