EN

Azərbaycan basketbol millisi 1/4 finala vəsiqə qazanıb - YENİLƏNİB

Bakı, 26 iyul, AZƏRTAC

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsində növbəti oyuna çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma sonuncu qrup görüşündə Slovakiya seçməsinə 21:8 hesabı ilə qalib gəlib və qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun iyulun 27-si saat 16:00-da start götürəcək.

20:40

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Dünya Seriyasının Sumqayıt mərhələsində ilk qrup oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma Çexiya seçməsinə 20:12 hesabı ilə qalib gəlib. Qrupdakı növbəti rəqib Slovakiya millisi olacaq. Oyun Bakı vaxtı ilə saat 20:35-də başlayacaq.

Chosen
160
6
azertag.az

10Sources