AZ

Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb.

 Ratomir Deliçin baş məşqçisi olduğu komanda Slovakiya seçməsi ilə qarşılaşıb.

Bu matçda rəqibinə 21:8 hesabı ilə qalib gələn komanda növbəti mərhələyə qrup lideri kimi yüksəlib.

Komanda ilk qrup oyununda Çexiyanı da məğlub etmişdi - 20:12.

Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun 27 iyul saat 16:00-da start götürəcək

Seçilən
148
6
anews.az

10Mənbələr