EN

Fələstin üzrə konfrans davamlı sülhə doğru mühüm addımdır Antonio Quterreş

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Fələstin məsələsi üzrə gələn həftə keçiriləcək yüksəksəviyyəli konfrans davamlı sülhün təmin olunması istiqamətində mühüm addım olacaq.

Trend-in məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.

O, konfransın təşkilində göstərdikləri liderlik və dəstəyə görə həmsədrlər – Fransa və Səudiyyə Ərəbistanını alqışladığını bildirib.

Qeyd edək ki, yüksək səviyyəli konfrans iyulun 28–29-da Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçiriləcək. Tədbirdə Fələstinin Baş naziri Mohammad Mustafa da iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
6
sherg.az

8Sources