AZ

Antonio Quterreş: Fələstin məsələsi ilə bağlı yüksəksəviyyəli konfrans davamlı sülhə doğru mühüm addımdır

Fələstin məsələsi üzrə gələn həftə keçiriləcək yüksəksəviyyəli konfrans davamlı sülhə doğru mühüm addımdır.

Operativ Media  məlumatına görə, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib. O, həmsədrlər - Fransa və Səudiyyə Ərəbistanını bu tədbirin keçirilməsində göstərdikləri liderlik və dəstəyə görə alqışladığını bildirib.

Qeyd edək ki, yüksəksəviyyəli konfrans iyulun 28-29-da Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçiriləcək. Fələstinin Baş naziri Mohammad Mustafa da konfransda iştirak edəcək.

Seçilən
16
6
operativmedia.az

8Mənbələr