EN

Starmer Trampla Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək istəyir

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla təkbətək görüşü zamanı Rusiya-Ukrayna münaqişəsinə son qoymağın yollarını müzakirə etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “The Sunday Telegraph” mənbələrə istinadən məlumat yayıb.

“Şotlandiyada keçiriləcək danışıqlar zamanı cənab Kir Rusiya-Ukrayna münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə edəcək”, - məqalədə deyilir. "Onun Ukraynaya gələcək dəstək məsələsini də qaldıracağı gözlənilir", - nəşr əlavə edib.

Starmer və Tramp arasında danışıqlar iyulun 28-nə planlaşdırılıb.

Chosen
29
1
report.az

6Sources