AZ

Starmer Trampla Ukraynada məsələsini müzakirə etmək istəyir

BAKI, 27 iyul.TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla şəxsi görüşü zamanı Ukraynadakı münaqişənn həlli yollarını müzakirə etmək niyyətindədir.

Teleqraf xəbər verir ki,bu barədə “The Sunday Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir: "Şotlandiyada danışıqlar zamanı cənab K.Starmer Rusiya-Ukrayna münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə edəcək. Onun Ukraynaya gələcək dəstək məsələsini də qaldıracağı gözlənilir".

K.Starmer və D.Tramp arasında danışıqlar iyulun 28-nə planlaşdırılır və görüşAmerika prezidentinin iyulun 29-dək səfərdə olduğu Şotlandiyada baş tutmalıdır".

Danışıqların əsas mövzusu ABŞ və Böyük Britaniya arasında ticarət sazişi olacaq. Liderlər Qəzza zolağındakı vəziyyəti də müzakirəecəklər.

Seçilən
15
1
teleqraf.com

6Mənbələr