“Lester”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, komanda Marti Sifuentesə həvalə olunub. Onunla 3 illik müqavilə imzalanıb.
Mütəxəssis bundan əvvəl “Kuins Park Reyncers”, “Hammarbü”, “Sandefyord”, “Hospiteilit”, “Rubi” və “AaB” komandalarını çalışdırıb.
Xatırladaq ki, “Lester”in sonuncu baş məşqçisi Ruud van Nistelroy olub. Komanda İngiltərə premier-liqasının 2024/25 mövsümünün sonunda 18-ci yeri tutaraq çempionşipa düşüb.