AZ

"Bavariya" oyunçuları Donnarummadan Musialaya görə üzr istəməsini tələb edib

"Bavariya"nın sabiq futbolçusu Rafinyanın sözlərinə görə, klublararası dünya çempionatının 1/4 final mərhələsində PSJ-yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra Münhen təmsilçisinin futbolçuları rəqibin qapıçısı Canluici Donnarummadan üzr istəməsini tələb ediblər.

90deqiqe.Az xəbər verir ki, bu hadisəyə səbəb Donnarummanın matç zamanı "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialaya ciddi zədə yetirməsi olub.

"‘Bavariya’ futbolçuları məğlubiyyəti ləyaqətlə qəbul etməyi bacarır – onları yaxşı tanıyıram. Sadəcə Donnarummanın Musialadan üzr istəməsini istəyirdilər, çünki zədənin nə qədər ciddi olduğunu görmüşdülər. Oyundan sonra paltardəyişmə otağında gərgin anlar yaşandı. Bir neçə futbolçu PSJ-nin otağına yollandı və Donnarummadan izahat tələb etdi. Tərəflər arasında sərt ifadələr səsləndi. Futbolçular bu tələbi daxili ‘etik kodeks’lə əsaslandırırdılar – baxmayaraq ki, Donnarumma zədəni bilərək etməmişdi", – deyə Rafinya "SporTV"yə açıqlamasında bildirib.

Seçilən
9
45
90deqiqe.az

10Mənbələr