"Football-plus.az" xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında çox çalışmalı olduqlarını deyib:
"Boşluqlarımız çoxdu. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək. Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdılar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər. Rəhbərliyin də ilk planlarından biri odu ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq".