AZ

Adil Şükürov: “Birlikdə daha çox çalışmalıyıq”

“Kəpəz” komandasının baş məşqçisi Adil Şükürov bu gün Qəbələdə “Şamaxı”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri arasında Qəbələ şəhər stadionunda keçirilmiş görüş “Kəpəz”in 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Adil Şükürov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Boşluqlarımız çoxdur. Yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Görəcəyimiz işlər var. Bu barədə də rəhbərliyə bildirmişik. Birlikdə daha çox çalışmalıyıq ki, bu məsələləri uğurla sonlandıra bilək. Gənc oyunçuların da üzərində böyük məsuliyyət var. Çox çalışmalıdırlar. Məşqlərdə, oyunlarda onlara daha çox şans veririk ki, inkişaf etsinlər, irəliləsinlər. Rəhbərliyin də ilk planlarından biri odur ki, bu gəncləri Azərbaycan futboluna qazandıraq”.

Seçilən
47
11
arena.az

10Mənbələr